Tramp Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək

14-01-2017, 12:16
Oxunub: 582
D.Tramp bu barədə “The Wall Street Journal” qəzetinə müsahibəsində bildirib.


ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Obama administrasiyası tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaları qüvvədə saxlayacağını bəyan edib.

D.Tramp bu barədə “The Wall Street Journal” qəzetinə müsahibəsində bildirib.

Eyni zamanda, D.Tramp qeyd edib ki, Rusiya terrorçuluqla mübarizə və digər sahələrdə özünü müsbət tərəfdən göstərdiyi təqdirdə sanksiyalara lüzum qalmayacaq.

ABŞ-ın yeni seçilən prezidenti yanvarın 20-də keçiriləcək inauqurasiya mərasimindən dərhal sonra Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu vurğulayıb. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti