Türkiyədə benzin və dizel bahalaşır

13-01-2017, 12:27
Oxunub: 267
Məlumata görə, benzinin qiyməti 14 kuruş, dizelin qiyməti isə 12 kuruş qalxacaq.


Sabahdan etibarən Türkiyədə benzin və dizel yanacağının satış qiyməti qalxacaq.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Neft Məhsulları İşəgötürənlər Təşkilatı məlumat yayıb.

Məlumata görə, benzinin qiyməti 14 kuruş, dizelin qiyməti isə 12 kuruş qalxacaq.

Beləliklə, İstanbulda 1 litri 5,24-5,26 Türkiyə lirəsinə (2,48-2,49 manat) satılan 95 oktanlı benzinin qiyməti 5,38-5,40 TRY-ə (2,55-2,56 manat) yüksələcək. Dizel yanacağının 1 litrinin qiyməti isə 4,57 TRY-dən (2,16 manat) 4,69 TRY-ə (2,22 manat) qalxacaq.

Qeyd olunur ki, yanacağın qiymətindəki gözlənilən artım ölkədə ABŞ dollarının sürətlə bahalaşması ilə əlaqədardır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti