Türkiyə Ermənistanla sərhəddə də hasar tikəcək

11-01-2017, 15:17
Oxunub: 99
3 metr hündürlüyündə olacaq beton bloklardan ibarət divar Türkiyənin Ardahan, Qars və İğdır vilayətləri boyunca ucaldılacaq.


Türkiyə Ermənistanla sərhəd boyunca divar tikməyi planlaşdırır.

Virtualaz.org "Star" qəzetinə istinadən bildirir ki, bu təklif hazırda Türkiyənin milli müdafiə və maliyyə nazirlikləri arasında müzakirə olunur.

3 metr hündürlüyündə olacaq beton bloklardan ibarət divar Türkiyənin Ardahan, Qars və İğdır vilayətləri boyunca ucaldılacaq.

Divarın qurulmasının hədəfi terrorizmlə, qaçaqmalçılıqla mübarizə və sərhədin qeyri-leqal keçilməsinin qarşısını almaqdır.

Qeyd edək ki, hazırda Türkiyə Suriya ilə sərhəddə divarın ucaldılmasını davam etdirir. Burada hələ 28 kilometr hasarın çəkiləcəyi və işlərin bu ilin aprel ayında başa çatdırılacağı gözlənilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti