İŞİD və Taliban bir-birlərinə cihad elan etdi

11-01-2017, 14:54
Oxunub: 59
Ötən ilin avqust ayında terrorçu qruplaşmaların şifahi “barışıq” əldə etmələri və yaxınlaşmaları barədə məlumat yayılmışdı.


Terrorçu İŞİD qruplaşması ilə Əfqanıstanın radikal terror təşkilatı Taliban bir-birlərinə cihad və ya “müqəddəs müharibə” elan ediblər.

AzNews.az Mashaal radiosuna istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın cənubunda yerləşən Helmand əyalətinin polis idarəsinin rəhbəri Nəbi Can Mullaheyl məlumat verib. Onun sözlərinə görə, polisə qruplaşmaların bir-birinə cihad elan etməsi barədə sənədlər daxil olub.

Ötən ilin avqust ayında terrorçu qruplaşmaların şifahi “barışıq” əldə etmələri və yaxınlaşmaları barədə məlumat yayılmışdı.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti