Ankarada qətlə yetirildiyi sərgi salonuna Rusiya səfirinin adı verildi

10-01-2017, 13:20
Oxunub: 51
“Bu zal həmişə Andrey Karlovun xatirəsini yaşadacaq”


Ankaradakı Müasir İncəsənət Mərkəzinin sərgi salonuna Rusiyanın Türkiyədə qətlə yetirilən səfiri Andrey Karlovun adı verilib.

TASS xəbər verir ki, səfirə həmin zalda sui-qəsd edilib.

Məlumata görə, ad verilməsi ilə bağlı keçirilən mərasimdə Ankaranın Çankaya rayonu bələdiyyəsinin sədri Alper Taşdelen diplomatın qətlinin Türkiyə və Rusiya xalqlarının hiddətinə səbəb olduğunu söyləyib: “Bu zal həmişə Andrey Karlovun xatirəsini yaşadacaq”.

Qeyd edək ki, Türkiyənin paytaxtı Ankara şəhərindəki Rusiya səfirliyinin yerləşdiyi küçəyə dekabrın 19-da qətlə yetirilmiş səfir Andrey Karlovun adı verilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti