İlham Əliyev üç ölkənin Azərbaycanda yeni təyin olunan səfirlərinin etimadnaməsini qəbul edib

9-01-2017, 13:57
Oxunub: 46
Səfir Arya İnkeri Makkonen fəxri qarovul dəstəsinin qarşısından keçib.


Prezident İlham Əliyev yanvarın 9-da Finlandiyanın Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Arya İnkeri Makkonenin etimadnaməsini qəbul edib.

Səfir Arya İnkeri Makkonen fəxri qarovul dəstəsinin qarşısından keçib.

Arya İnkeri Makkonen etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra İ.Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı iki ölkə arasında əməkdaşlığın yaxşı təcrübəyə malik olduğunu bildirib. Prezident İlham Əliyev özünün Finlandiyaya, Finlandiyanın dövlət başçısının isə Azərbaycana rəsmi səfərinin əhəmiyyətini qeyd edib. Finlandiya Prezidenti ilə beynəlxalq tədbirlər çərçivəsində görüşlərini də məmnunluqla xatırlayan dövlət başçısı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın iki ölkə arasında əlaqələriin mühüm hissəsini təşkil etdiyini deyib. Prezident İlham Əliyev əlaqələrin bir çox istiqamətlərdə, o cümlədən ticarət və nəqliyyat sahələrində, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcud olduğunu vurğulayıb. Azərbaycanla Finlandiya arasında əməkdaşlığın gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə edən Prezident İlham Əliyev səfir Arya İnkeri Makkonenin ölkəmizdəki fəaliyyətinin bu əlaqələrin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

Səfir Arya İnkeri Makkonen Finlandiya Prezidenti Sauli Niinistönün salamlarını dövlət başçısına çatdırıb. İki ölkə arasında yaxşı münasibətlərin olduğunu deyən səfir ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi və müxtəlif sahələrdə qarşılıqlı səfərlərin artırılması istiqamətində səylərini əsirgəməyəciyini vurğulayıb. Parlamentlərarası əməkdaşlığın əhəmiyyətinə toxunan səfir Arya İnkeri Makkonen Azərbaycan və Finlandiya arasında bu sahədə qarşılıqlı əlaqələrin və səfərlərin vacibliyini qeyd edib.

Prezident İlham Əliyev Finlandiya Respublikasının Prezidenti Sauli Niinistönün salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Finlandiyanın Prezidentinə çatdırmağı xahiş edib.

Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Marin Mittusun etimadnaməsini də qəbul edib.

Bundan başqa, dövlət başçısı Perunun Ayeni yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Luis Manuel Santiaqo Markoviç Monasinin etimadnaməsini də qəbul edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti