Nurayın atasının atalıq hüququ ləğv edilə bilər - Məhkəməyə müraciət

9-01-2017, 13:36
Oxunub: 48
Qızın atasını qəbul etməməsi də vəziyyəti qəlizləşdirib.


Bir neçə gündür Quba rayon sakini, 10 yaşlı Nuray Bayramzadənin bioloji atasına verilməsi ilə bağlı qalmaqal yaşanır.

Lent.az xəbər verir ki, məhkəmə qızın atasına verilməsi ilə bağlı qərar versə də, bu qərarın icrası zamanı edilmiş kobudluqların ictimailəşməsi məsələni müzakirə mövzusuna çevirib. Qızın atasını qəbul etməməsi də vəziyyəti qəlizləşdirib.

Lent.az xəbər verir ki, vəkil Tağı Hüseynov Nurayın bioloji atasının valideynlik hüququndan məhrum edilməsi ilə əlaqədar qəyyumu, yəni xalası Mehriban Eldarova tərəfindən məhkəməyə verildiyini açıqlayıb. Vəkil bildirib ki, iddia ərizəsi Binəqədi rayon Məhkəməsinə daxil olub. Əgər məhkəmə Əvəz Bayramovu atalıq hüququndan məhrum etsə, Nuray Bayramzadə xalasının yanında qalacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti