Üç ölkədən Bakıya aviareyslər təxirə salındı

9-01-2017, 11:55
Oxunub: 403
Digər aviareyslərin təxirə salınmasının səbəbi bəlli deyil.


Bir neçə xarici ölkədən Azərbaycana yerinə yetirilməli olan aviareyslər təxirə salınıb.

APA xəbər verir ki, "ATA Airlines" aviaşirkəti tərəfindən saat 00:30-da yerinə yetirilməli olan Təbriz-Bakı aviareysi təxirə salınıb.

Bununla yanaşı, İstanbulun "Atatürk" hava limanından Bakıya yerinə yetirilməli olan aviareys də təxirə salınanlar arasındadır. Aviareys "Türk Hava Yolları" (THY) aviaşirkəti tərəfindən saat 01:50-də yerinə yetirilməli idi. "FlyDubai" aviaşirkəti isə saat 00:42-də yerinə yetirilməli olan Dubai-Bakı aviareysini təxirə salıb. İstanbul-Bakı aviareysinin təxirə salınmasına səbəb Türkiyə ərazisində hökm sürən əlverişsiz hava şəraitidir. Digər aviareyslərin təxirə salınmasının səbəbi bəlli deyil.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti