İsrail prezidenti Gürcüstana rəsmi səfərə gəldi

9-01-2017, 11:36
Oxunub: 80
Prezidentlər görüşün yekununa dair mətbuata bəyanatlarla çıxış edəcəklər.


İsrail prezidenti Reuven Rivlin yanvarın 9-da Gürcüstana rəsmi səfərə gəlib.

Tbilisi beynəlxalq aeroportunda İsrail dövlətinin başçısını və onun xanımını Gürcüstanın dövlət və hökumət rəsmiləri qarşılayıblar.

Bu gün İsrail dövləti başçısının Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə əvvəlcə təkbətək, sonra isə geniş formatda görüşü olacaq. Prezidentlər görüşün yekununa dair mətbuata bəyanatlarla çıxış edəcəklər.

R.Revlin, həmçinin Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və parlamentin sədri İrakli Kobaxidze ilə görüşəcək.

Yanvarın 10-da səfərin sonuncu günü isə İsrail prezidenti Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizədə həlak olanların xatirəsinə ucaldılan abidənin önünə əklil qoyacaq.(AzərTAC)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti