Azərbaycanda sabaha olan hava proqnozu

6-01-2017, 12:41
Oxunub: 526
Bəzi yerlərdə zəif duman, axşam çiskin olacağı gözlənilir.


Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Bəzi yerlərdə zəif duman, axşam çiskin olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 8-13 dərəcə isti, Bakıda gecə 2-4, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək . Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir. 

Tibbi-meteoroloji proqnoza görə, yanvarın 7-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, sonrakı iki gündə meteoroloji amillərin mülayim tərəddüdü əsasən əlverişlidir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti