Natiq Əliyev neftin qiyməti barədə

5-01-2017, 15:03
Oxunub: 192
“Ancaq o qədər də böyük təsir gözləmək lazım deyil"


OPEC-in iclasları çərçivəsində görülən tədbirlərin dünya bazarında neftin qiymətlərinə təsiri oldu.

Bunu “Trend”ə energetika naziri Natiq Əliyev deyib.

Nazir hesab edir ki, həmin tədbirlərin bundan sonra da təsiri olacaq:

“Ancaq o qədər də böyük təsir gözləmək lazım deyil. Biz hesab edirdik ki, iclasda qəbul edilən qərarlar neftin bir barelinin qiymətini 60 dollara qədər artırsın”.

N.Əliyevin fikrincə, bu il dünya bazarlarında neftin qiyməti dünya iqtisadiyyatının inkişaf tempindən asılı olacaq:

“Bu il dünya iqtisadiyyatında böyük sıçrayıs olacaqsa, iqtisadi inkişaf tempi müşahidə olunacaqsa, onda neftin qiyməti daha da bahalaşa bilər”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti