İraqda hərbi helikopter qəzaya uğrayıb

4-01-2017, 17:11
Oxunub: 347
Hadisə nəticəsində dörd hərbçi həlak olub


İraq Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus döyüş helikopteri Mosulun cənub hissəsində qəzaya uğrayıb.

Report-un Qərb mediasına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində dörd hərbçi həlak olub.

İraq HHQ komandanlığı qəzanın texniki səbəblərdən baş verdiyini bildirib. Qəzaya uğramış helikopterin Rusiyada istehsal edilmiş "Mi-35" olduğu vurğulanıb. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti