Hindistanda 5,5 bal gücündə zəlzələ baş verib

3-01-2017, 19:35
Oxunub: 678
Zəlzələ ocağı 35 kilometr dərinlikdə yerləşib


Hindistanın şimal-şərqində, Banqladeşlə sərhəddə 5,5 bal gücündə zəlzələ olub.

Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Xəbərdə bildirilib ki yeraltı təkanlar Hindistanın Aical şəhərindən 78 kilometr cənubda yerli vaxtla saat 09:09-da qeydə alınıb. Zəlzələ ocağı 35 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barəsində məlumat yoxdur.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti