Bu gün Sərdar Həmidovun doğum günüdür

2-01-2017, 14:08
Oxunub: 1330
O, 2 yanvar 1950-ci ildə Kəlbəcərin Bağlıpəyə kəndində anadan olub.


Bu gün Tərtər rayonunun sabiq icra başçısı, Tərtər batalyonun komandiri Sərdar Həmidovun doğum günüdür.

Etatist.com-un məlumatına görə, o, 2 yanvar 1950-ci ildə Kəlbəcərin Bağlıpəyə kəndində anadan olub.

Xatırladaq ki, Tərtər rayonuna o zaman rəhbərlik etmiş Sərdar Həmidovun xidmətləri nəticəsində Tərtər rayonu Azərbaycan Silahlı Qüvvələrinin məğlub olmayaraq ərazisini tam şəkildə müdafiə edən, həmçinin düşmən işğalından azad edə bilən yeganə bölgədir.

Bundan başqa Ağdərə rayonunun düşməndən azad edilməsi prosesində, döyüşlərin taktikasının hazırlanması və hərbi əməliyyatların aparılmasındakı, xidmətlərindən dolayı Sərdar Həmidova Azərbaycanın o zamankı prezidenti Əbülfəz Elçibəy tərəfindən Fəxri Fərman verilmişdir.

Sərdar Həmidovun sayəsində Ağdərənin bir neçə kəndi və ən böyük qəsəbəsi olan Şəhriyar (Mərgüşəvan) Azərbaycanın nəzarətindədir.

Qeyd edək ki, Sərdar Həmidov 29 fevral 2016-cı ildə dünyasını dəyişib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti