19 nəfərin meyiti tapıldı

29-12-2016, 12:40
Oxunub: 324
Dekabrın 29-da isə digər “qara qutu”ya aid lentlərin tapıldığı bəyan olunub.


Rusiya Müdafiə Nazirliyinə məxsus sərnişin təyyarəsinin əsas qalıqları dənizdən çıxarılıb və axtarış-xilasetmə əməliyyatlarının bir mərhələsinə yekun vurulub.

Novator.az bildirir ki, dekabrın 29-u səhərədək dənizdən 19 nəfərin meyiti tapılıb.

“Tu-154” sərnişin təyyarəsi dekabrın 25-i səhər qəzaya uğrayıb. Suriyaya uçan təyyarə Soçidən havaya qalxandan az sonra Qara dənizə düşüb. Təyyarənin göyərtəsində 8 heyət üzvü və 84 sərnişin (8 hərbçi, 9 jurnalist, 2 dövlət qulluqçusu, Rusiya Ordusunun Akademik Mahnı və Rəqs Ansamblının 64 üzvü və xeyriyyəçi Yelizaveta Qlinka) olub.

Üç “qara qutu”dan ikisi tapılaraq üzə çıxarılıb və araşdırma üçün Hərbi Hava Qüvvələrinin Mərkəzi Elmi-Tədqiqat İnstitutuna göndərilib. Dekabrın 29-da isə digər “qara qutu”ya aid lentlərin tapıldığı bəyan olunub.

Qəzaya səbəb kimi mühərrikə kənar cismin düşməsi, keyfiyyətsiz yanacaq üzündən mühərrikin gücdən düşməsi və dayanması, texniki nasazlıq və idarəetmə səhvi ehtimalları araşdırılır. Uçuş zamanı təyyarənin qanad hissəsinə aid mexanizmdə problem yarandığı, bu barədə həyəcanla bilgi verən pilotun son sözünün “Komandir, düşürük!” olduğu açıqlanıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti