Lavrovla Çavuşoğlu arasında telefon danışığı olub

27-12-2016, 15:48
Oxunub: 534
Telefon danışığı zamanı Sergey Lavrov və Mövlud Çavuşoğlu Suriyadakı vəziyyətlə bağlı fikir mübadiləsini davam etdiriblər.


Rusiya və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub.

Telefon danışığı zamanı Sergey Lavrov və Mövlud Çavuşoğlu Suriyadakı vəziyyətlə bağlı fikir mübadiləsini davam etdiriblər.

Döyüş fəaliyyətinin dayandırılması barədə əldə olunan razılığın tez bir zamanda sona çatdırılması, mötədil müxalifətin terrorçu qruplardan ayrılması və BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə müvafiq olaraq münaqişənin siyasi nizamlanması prosesinin başlanması üçün Qazaxıstan rəhbərinin dəvəti əsasında Astana görüşünə hazırlığın vacibliyi qeyd olunub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti