BP: Səngəçal neft-qaz terminalı işini davam etdirir

27-12-2016, 12:50
Oxunub: 127
Səngəçal temrinalındakı ixrac boru kəmərlərində bütün işlər və əməliyyat fəaliyyəti adi rejimdə davam edir.


Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsindəki neft-qaz terminalı adi rejimdə işini davam etdirir.

Bu barədə Trend-ə terminalın operatoru olan “BP-Azerbaijan”ın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, Səngəçal temrinalındakı ixrac boru kəmərlərində bütün işlər və əməliyyat fəaliyyəti adi rejimdə davam edir.

Qeyd edək ki, bu gün Bakı şəhəri, Qaradag rayonunda diametri 1000-1200 mm olan 2 ədəd qaz xəttində yanğınla nəticələnən partlayış baş verməsi barədə məlumat daxil olub. 

Hadisə nəticəsində xəsarət alan olmayıb, yanğının söndürülməsi işləri davam edir, yaşayış məntəqələri üçün təhlükə yoxdur.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti