Maşınla iki nəfəri vuran futbolçumuz zaminə buraxılıb

29-03-2013, 12:17
Oxunub: 854


"Araz Abdullayevin başına gələnləri heç kimə arzulamıram. Belə hadisənin baş verməsini heç kim istəməz”.

Bu açıqlamanı apasport.az saytına "Neftçi” klubunun prezidenti Sadıq Sadıqov verib.
 
Qeyd edək ki, "Neftçi” klubunun şərəfini qoruyan Araz Abdullayev dünən komandanın bazasına məşqə gələrkən idarə etdiyi maşınla Nobel prospektində Xətai rayon MKİS-in 2 işçisini vurub. Qadın süpürgəçilərdən biri hadisə yerində dünyasını dəyişib, digəri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
 
Sadıq Sadıqovun sözlərinə görə, hazırda Araz Abdullayev sərbəst buraxılıb: "Araz polis bölməsində dindirildikdən sonra sərbəst buraxılıb. Heç yerə qaçası deyil. Mənim zaminliyimlə sərbəst buraxılıb. Hazırda istintaq gedir. İstintaqın gedişi sirr saxlanılır. Bu üzdən prosesin necə getdiyindən xəbərsizəm”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti