Azərbaycan Avropa Hərəkatı səfirlikləri təltif etdi - Özəl

23-12-2016, 17:13
Oxunub: 725
Tədbir Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılının çıxışı ilə başlayıb.


Dekabrın 23-də Park Inn otelinin Füzuli zalında Azərbaycan Avropa Hərəkatının təşkilatçılığı ilə tədbir keçirilib.

Etatist.com-un xəbərinə görə, tədbirdə Macarıstan Azərbaycandakı səfiri, İsveçrə səfirliyinin nümayəndələri, ictimai xadimlər və s. iştirak edib.

Tədbir Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılının çıxışı ilə başlayıb. 

R. Hacılı hərəkatın 2016-cı il ərzində gördüyü işlərdən bəhs edib. Sonra Azərbaycan Avropa Hərəkatının idarə heyətinin üzvü Orxan Quliyev Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Avropa Hərəkatının birgə layihəsi çərçivəsində hazırlanan "Azərbaycanı dünyada necə tanıdaq?” jurnalını və saytını (www.euromove.az) təqdim edib. 

Tədbirdə hərəkat tərəfindən seçilmiş “2016-cı illin səfirliyi” mükafatı Fransanın Azərbaycandakı səfirliyinə, "2016-cı ildə ən çox səfər edilən Avropa ölkəsi" mükafatı isə Macarıstanın Azərbaycandakı səfirinə təqdim edilib. 

Tədbirdə çıxış edən Milli Fikir Mərkəzi təşkilatının Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri Pünhani Əsgərli bildirib ki, Azərbaycan Avropa Hərəkatının gördüyü işlər təqdirə layiqdir:

"Biz Azərbaycan gənclərinin mədəni inkişafı üçün çalışan bütün təşkilatlarla dostluq və əməkdaşlıq etməyə hazırıq. Belə nümunələr verdiyini üçün Azərbaycan Avropa hərəkatını təbrik edirik. Ancaq çox istəyərdim ki, saytınızın ingilis dilində variantını da görək. Xaricdə daha yaxşı tanınması üçün müsbət addım olar". 

Azərbaycan Avropa Hərəkatı səfirlikləri təltif etdi - Özəl

Qeyd edək ki, 2012-ci ildə təsis edilən bu mükafatı müvafiq olaraq Almaniya (2012), ABŞ (2013), Böyük Britaniya (2014), Avropa Birliyi (2015) qazanıb.

Azərbaycan Avropa Hərəkatı səfirlikləri təltif etdi - Özəl

 

Azərbaycan Avropa Hərəkatı səfirlikləri təltif etdi - Özəl

 

Azərbaycan Avropa Hərəkatı səfirlikləri təltif etdi - Özəl

 

Azərbaycan Avropa Hərəkatı səfirlikləri təltif etdi - Özəl

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti