Rusiyada benzin 4% bahalaşıb

23-12-2016, 12:13
Oxunub: 200
Dizel yanacağının qiyməti isə 36,35 rubldan (1,03 manat) 36,63 rubla (1,04 manat) qədər artıb.


Bu ilin əvvəlindən Rusiyada avtomobil benzininin qiyməti 3,7%, dizel yanacağının qiyməti isə 2,7% artıb. Bu barədə Rusiya KİV xəbər verir.

Rusiyada benzinin orta istehlak qiyməti ötən həftə 1 litr üçün 3 qəpik artaraq 36,31 rubl (1,03 manat), dizel yanacağının qiyməti isə 28 qəpik artaraq 36,63 rubl (1,04 manat) təşkil edib.

Ötən həftə Ai-76/Ai-80 markalı benzinin orta istehlak qiyməti 33,59 rubldan (0,95 manat) 33,60 rubla (0,96 manat), Ai-92/Ai-93 markalı benzinin qiyməti 35,19 rubldan (0,99 manat) 35,23 rubla (1 manat), Ai-95 və daha yüksək oktanlı benzinin qiyməti 38,33 rubldan (1,09 manat) 38,36 rubla (1,10 manat) qalxıb.

Dizel yanacağının qiyməti isə 36,35 rubldan (1,03 manat) 36,63 rubla (1,04 manat) qədər artıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti