İlin səfirliyi mükafatlandırılacaq, sayt və jurnal təqdim olunacaq

22-12-2016, 12:23
Oxunub: 286
Tədbirdə iştirak sərbəstdir.


23 dekabr saat 14:00-da Park İnn otelinin Füzuli zalında Azərbaycan Avropa Hərəkatının təşkilatçılığı ilə tədbir keçiriləcək.

Etatist.com
-un məlumatına görə, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin, ictimai xadimlərin qatılacağı konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Avropa Hərəkatının birgə layihəsi çərçivəsində hazırlanan "Azərbaycanı dünyada necə tanıdaq?” jurnal və saytın təqdimatı keçiriləcək.

Bununla yanaşı hərəkat tərəfindən seçilmiş “2016-cı illin səfirliyi” mükafatı da təqdim ediləcək. Bu il Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi Avropa ölkəsinin mükafatlandırılması da nəzərdə tutulur.

Qeyd edək ki, 2012-ci ildə təsis edilən bu mükafatı müvafiq olaraq Almaniya (2012), ABŞ (2013), Böyük Britaniya (2014), Avropa Birliyi (2015) qazanıb.

Tədbirdə iştirak sərbəstdir.

İlin səfirliyi mükafatlandırılacaq, sayt və jurnal təqdim olunacaq

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti