Suriyada Türkiyənin 4 hərbçisi şəhid olub, 15-i yaralanıb - YENİLƏNİB

21-12-2016, 14:11
Oxunub: 475
Suriyanın Əl-Bab bölgəsində Türkiyə hərbçilərinin yerləşdiyi əraziyə terrorçu İŞİD qruplaşması hücum edib.


Türkiyə Silahlı Qüvvələrinin “Fırat Kalkanı” (“Fərat qalxanı”) əməliyyatının 120-ci günündə Suriyada şəhid olan hərbçisinin sayı 4-ə, yaralananların sayı isə 15-ə çatıb. 

Suriyanın Əl-Bab bölgəsində Türkiyə hərbçilərinin yerləşdiyi əraziyə terrorçu İŞİD qruplaşması hücum edib.

***

Türkiyə Silahlı Qüvvələri tərəfindən davam edən “Fırat Kalkanı” (“Fərat qalxanı”) əməliyyatının 120-ci günündə 3 türk hərbçisi şəhid olub, 11-i yaralanıb. 

Suriyanın Əl-Bab bölgəsində Türkiyə hərbçilərinin yerləşdiyi əraziyə terrorçu İŞİD qruplaşması hücum edib. 

Məlumata görə, hücum nəticəsində 3 hərbçi şəhid olub, 11-i yaralanıb.

***

Suriyanın Əl-Bab bölgəsində Türkiyənin 6 hərbçisi yaralanıb.

Hərbçilərin yaralanmasının səbəbi hələlik məlum deyil.

Məlumata görə, Türkiyə hərbçiləri Suriya Azadlıq Ordusuna dəstək verərək, Əl-Babın terrorçulardan təmizlənməsi əməliyyatını davam etdirirlər. 

Xəbərdə bildirilib ki, yaralı hərbçilər Türkiyənin Kilis şəhərində dövlət xəstəxanasına yerləşdiriliblər. 

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriyada “Fırat Kalkanı” (“Fərat qalxanı”) adı altında anti-terror əməliyyatı keçirir. Dekabrın 21-də “Fırat Kalkanı” əməliyyatının 120-ci günüdür. (Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti