Türkiyə XİN: Ankarada küçəyə Rusiya səfirinin adı veriləcək

20-12-2016, 13:52
Oxunub: 335
Bunu Moskvada rusiyalı həmkarı ilə görüşən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.


Ankarada Müasir Sənət Mərkəzinin yerləşdiyi küçəyə Rusiya səfiri Andrey Karlovun adı veriləcək.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Moskvada rusiyalı həmkarı ilə görüşən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri A.Karlov ötən gün Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti