“Forbes” dünyanın ən varlı məşhurunun adını açıqladı - 4,6 milyard sərvət

17-12-2016, 11:59
Oxunub: 164
Üçüncü pillədə isə 2,8 milyard dollar sərvəti ilə teleaparıcı Opra Uinfri qərarlaşıb.


“Forbes” 4,6 milyard dollar sərvəti olan rejissor Corc Lukası dünyanın ən varlı məşhuru elan edib.

Corc Lukas 4,6 milyar dollarlıq sərvətini “Ulduz müharibələri”, “İndiana Cons” filmlərindən gələn gəlirlə əldə edib. Məsələn, The Walt Disney Company 2012-ci ildə rejissora 4,05 milyard dollar qazandırıb.

Siyahının ikinci pilləsində 3,7 milyard dollar sərvətə sahib digər bir rejissor Stiven Spilberq, üçüncü pillədə isə 2,8 milyard dollar sərvəti ilə teleaparıcı Opra Uinfri qərarlaşıb.

Dünyanın ən məşhur basketbolçusu Maykl Cordon 1,2 milyard dollarla dördüncü, illyüzionist Devid Kopperfild 850 milyon dollarla beşinci olub.

“Forbes” dünyanın ən varlı məşhurları siyahısına Şon P. Diddy, Doctor Dre, Cey Zi kimi reperlərin, musiqiçilər Barbara Streyzand, Con Bon Covi, Brüs Sprinqstin kimi məşhurların adlarını da əlavə edib. (Aznews.az)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti