Metro istifadəçilərinə şad xəbər

14-12-2016, 11:38
Oxunub: 448
Sözügedən stansiyada aparılan təmir-bərpa işləri vaxtından əvvəl başa çatıb


Sabahdan "Cəfər Cabbarlı" stansiyasının birinci yolu açılacaq.

Bunu AzNews.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, sözügedən stansiyada aparılan təmir-bərpa işləri vaxtından əvvəl başa çatıb:

“Cəfər Cabbarlı" stansiyasının birinci yolunda aparılan təmir-bərpa işləri 2 həftəyə planlaşdırılmışdı. 2 həftəyə ehtiyac qalmadı. Dekabrın 15-dən etibarən stansiya sərnişinlərin üzünə açılacaq.”
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti