Məktəbli cinayət törətdi - VİDEO

28-03-2013, 20:36
Oxunub: 1038


Paytaxtın Səbail rayonu ərazisində 15 yaşlı yeniyetmə bıçaqlanıb. Belə ki, ötən gün axşam saat 19 radələrində Malakan bağı kimi tanınan parkda iki məktəbli arasında mübahisə düşüb. Hadisə zamanı 1998-ci il təvəllüdlü Bəkirov Nazim Nadir oğluna çoxsaylı bıçaq xəsarətləri yetirilib.

Nazimi həmyaşıdı Alim Mahmudov bıçaqlayıb. Ətrafdakı insanların köməyi ilə bıçaqlanan Nazim Bəkirov 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb və onun həyatı xilas edilib. Cərrahi əməliyyat zamanı onun bədəninin müxtəlif nahiyələrinə 5 biçaq zərbəsi endirildiyi də məlum olub.

39-cu polis bölməsində isə deyirlər ki, hər iki yeniyetmə təhsil aldiqları məktəbdə pis davranişlari tanınırlar. Yetkinlik yaşına çatmış hər iki gəncin münaqişənin bıçaq davasına qədər çıxmasının səbəblərini isə psixoloqlar ailə ilə məktəb arasinda bağlılığın olmadığında görürlər.

anspress


Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti