"Azərişıq" ASC nizamnamə kapitalını kəskin artırdı

12-12-2016, 12:25
Oxunub: 424
Dəyişikliklə ASC-nin nizamnamə kapitalı 42,1% artaraq 885 633 532 manata çatdırılacaq


Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərişıq” ASC-nin hər birinin nominal dəyəri 2 manat olan 131 050 000 ədəd adi səhmlərin əlavə buraxılışı (AZ1001001176) dövlət qeydiyyatına alınıb. Emissiyanın həcmi 262,1 mln. manat təşkil edir. Səhmlər qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək.

Dəyişikliklə ASC-nin nizamnamə kapitalı 42,1% artaraq 885 633 532 manata çatdırılacaq və onun səhmlərinin sayı 442 816 766 ədəd olacaq.

Bu fevralında Nazirlər Kabineti "Azərişıq" ASC-nin nizamnaməsi və strukturunun təsdiq edilməsi barədə qərarına dəyişiklik edib. Dəyişikliklə "Azərişıq" ASC-nin nizamnamə kapitalının artırılması nəzərdə tutulub və yeni emissiya məhz bu qərarın icrası məqsədi ilə həyata keçirilir. İndiyədək şirkətin nizamnamə kapitalı 623 533 532 manat, onun səhmlərinin sayı isə 311 766 766 ədəd olub. ("Report")
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti