NASA Antaktidada yüz kilometrlik çat aşkarladı

8-12-2016, 16:41
Oxunub: 282
Tədqiqatçıların fikrincə, buzlaqların yox olması dəniz səviyyəsində mənfi dəyişikliklərə səbəb olacaq.


NASA mütəxəssisləri kəşfiyyat təyyarələrinin köməyiilə Antarktidanın ən zəif buzlağında yüz kilometrlik çat aşkarlayıblar. Alimlərin sözlərinə görə, tapıntı buzlu massivin dağılmasını və meqa-aysberqin yaranmasını göstərir.

Virtualaz.org xəbər verir ki, bu barədə “Live Science” məlumat yayıb.

Bəzi NASA alimlərinin iddiasına görə, Antarktidada olan 112-kilometrlik bu çat onu göstərir ki, mövcud massiv dağılacaq və onun yerinə sahəsi 6,5 min kvadrat kilometr təşkil edəcək meqa-aysberq yaranacaq.

Tədqiqatçıların fikrincə, buzlaqların yox olması dəniz səviyyəsində mənfi dəyişikliklərə səbəb olacaq. Faciəli dəyişikliklərə yol verməmək üçün NASA mütəxəssisləri “IceBridge” adlı layihə çərçivəsində kəşfiyyatçı təyyarələr vasitəsilə müşahidələr aparırlar.

NASA mütəxəssislərinin sözlərinə görə, Larsen buzlağı Antarktidada ən zəif yerdir, Buzlaq hələ 1995-ci ildən dağılmağa başlamışdı. Müşahidələrin nəticələrinə görə, buzlağın qəlpələri hələ yayda yox olmalı idi.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti