Türk ssenarist Mübariz İbrahimovdan danışdı

28-03-2013, 19:03
Oxunub: 1289


"TRT 1”də yayımlanan "Sakarya-Fırat” serialında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun qəhrəmanlıq hekayəsinə yer veilməsi bu gün Azərbaycanda yazılı və sosial mediada ən çox müzakirə olunan mövzulardan biri olub.

 

Serialın martın 27-də yayımlanan bölümündə Mübariz İbrahimovun kimliyindən, necə şəhid olmasından bəhs edilib və "Mübarizi unutmayın” çağırışı əksini tapıb. Eyni zamanda serialın sözügedən bölümünün sonunda Mübariz İbrahimovun fotosu Türk şəhidlərinin fotolarının asıldığı lövhəyə yapışdırılıb.


Bu xoş jestin müəllifi, "Sakarya-Fırat” serialının ssenari müəllifi Süleyman Çobanoğlu "TRT Azərbaycan” saytının suallarını cavablandırıb.

- Necə oldu ki, serialda Mübariz İbrahimovdan bəhs etmək fikrinə gəldiniz?
- Mən Mübariz İbrahimovun hekayəsini mətbuatdan oxumuşdum. Türkiyə mətbuatında yer alan xəbərlər haqqında oxuduqdan sonra bütün hekayəni araşdırdım və Mübarizə heyran oldum. Elə o vaxtdan da bu qəhrəmanlıq hekayəsinə ssenaridə yer verməyi düşünürdüm. Bilirsiniz, "Sakarya-Fırat”ın mövzusu da vətənpərvərlik, qəhrəmanlıqdır. Ssenaridə yeri gəlincə, atmosfer yaranınca, Mübarizin hekayəsini də işləmək qərarına gəldim. Bu vasitəylə Mübarizi də yad etmiş olduq. Buna görə çox xoşbəxtəm. Şəhidlərimiz unudulmamalıdır. Yeddi nəsil sonraya bu hekayələr çatdırılmalıdır.

- Siz bu təklifi edincə, serial rejissorunun, prodüserinin reaksiyası necə oldu?

- Biz Osman bəylə (serialın rejissoru Osman Sınav) zaman-zaman Mübariz İbrahimovun hekayəsi ilə bağlı danışırdıq. Bu qərarı da hamımızın razılığıyla qəbul etdik. Hər kəs də məmnun oldu. Çünki həm hekayə serialın ruhuna çox uyğundur, həm də Mübariz İbrahimovun fövqəladə şəxsiyyəti, mübarizəsi bizim hamımızda heyranlıq doğurmuşdu. Reaksiyalardan TRT rəhbərliyinin də, türk ictimaiyyətinin də bu jestdən məmnun olduğunu gördük.

anspress

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti