Azərbaycanda yenidoğulanların genetik müayinəsi aparılacaq

7-12-2016, 16:04
Oxunub: 195
"Genetik müayinələr gen səviyyəsində molekulyar bioloji üsulları tətbiq etməklə aparılmalıdır”


“Azərbaycanda yenidoğulanların bir sıra anadangəlmə və irsi xəstəliklərə görə skrininqi aparılacaq”.

APA-nın xəbərinə görə, Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev deyib ki, yenidoğulanların bir sıra anadangəlmə və irsi xəstəliklərə görə skrininqinin (genetik müayinə) aparılması Səhiyyə Nazirliyinin strategiya planında nəzərdə tutulub. Bu, sadə iş olmadığından böyük vəsait tələb edir: “Çünki ölkədə hər il 170-175 min körpə dünyaya gəlir. Bütün uşaqların hamısının müayinə edilməsi çətindir. Genetik müayinələr gen səviyyəsində molekulyar bioloji üsulları tətbiq etməklə aparılmalıdır”.

Baş pediatr vurğulayıb ki, irsi xəstəliklərin birdəfəlik müalicəsi mövcud deyil. İrsi xəstəliklərin daşıyıcıları insan orqanizmində olan 3 trilyon somatik hüceyrənin hamısında var. Bu xəstəliyin birdəfəlik müalicəsinin çətin olduğunu deyən N. Quliyev qeyd edib ki, hər bir xəstəliyin yaşama müddəti var.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti