Şəkidə qayınata gəlinini qətlə yetirib

28-03-2013, 18:06
Oxunub: 1142


 Şəkidə qətl törədilib.

Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki Rayon Prokurorluğunun müstəntiqi Vüqar Orucov məlumat verib.
 
Hadisə rayonun Baş Göynük kəndində qeydə alınıb.
 
Kənd sakini, 1933-cü il təvəllüdlü İsmayılov Hüseynəli Abdulla oğlu ailə münaqişəsi zəminində gəlini, 1968-ci il təvəllüdlü İsmayılova Azadə Məmməd qızını 16 çaplı ov tüfəngi ilə vurub. Aldığı güllə yarası ilə xəstəxanaya çatdırılan A. İsmayılova orada dünyasını dəyişib.
 
Hadisəni törədən H. İsmayılov saxlanılıb.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti