“Azərbaycan” kinoteatrı yenidən fəaliyyətə başlayıb

6-12-2016, 18:00
Oxunub: 185
Zallar rahat və yüksək keyfiyyətli kreslolarla təchiz olunub.


Bir müddət əvvəl bağlanan “Azərbaycan” kinoteatrı yenidən fəaliyyətə başlayıb.

“CinemaPlus” premium kinoteatrlar şəbəkəsi kimi fəaliyyət göstərəcək kinoteatr tamamilə yenidən qurulub.

Dünya stardartlarına cavab verən iki mərtəbəli kinoteatrın 3 zalı və 190 oturacaq yeri var. Zallar rahat və yüksək keyfiyyətli kreslolarla təchiz olunub.

Xüsusi zövqlə layihələndirilmiş VIP zalda tamaşaçılar ayrıca masası olan kreslolarda film izləyə və VIP-bar xidmətlərindən istifadə edə bilərlər.

Bundan əlavə, kinoteatrda birinci mərtəbədən ikinci mərtəbəyə qalxmaq üçün xüsusi liftlər quraşdırılıb. Onların köməyi ilə həm VİP zalın tamaşaçıları növbə gözləmədən zala daxil ola, həm də fiziki qüsurlu insanlar əlil arabaları ilə rahat şəkildə ikinci mərtəbəyə qalxa bilərlər. Həmçinin, əlil arabalı üçün zallarda xüsusi yerlər quraşdırılıb.

Kinoteatrda 4 növdə popkorn, şəkərli pambıq, buzlu alkoqolsuz kokteyllər və başqa içkilər təklif olunur.

Qeyd edək ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsinə “CinemaPlus 28 Mall”, “Cinema Plus Ganjlik Mall”, “CinemaPlus Aygün City”, “Cinema Plus Amburan Mall” və Gəncə şəhərində yerləşən “Cinema Plus Khamsa” daxildir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti