Mübariz Qurbanlı: “Ali məktəblərdə namaz qılınması məqsədəuyğun deyil”

6-12-2016, 17:38
Oxunub: 85
"Ancaq dövlət müəssisələrində və ali təhsil ocaqlarında dini ayin icra etmək olmaz"


"Azərbaycan dünyəvi dövlət olduğundan dövlət müəssisələrində, eləcə də ali təhsil ocaqlarında namaz qılınmasını məqsədəuyğun saymıram".

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Fitnə” filminin nümayişindən sonra tələbələrin sualını cavablandırarkən dövlət müəssisələrində və ali təhsil ocaqlarında namaz qılınmasının düzgün olub-olmamasına münasibət bildirərkən bildirib.

O xatırladıb ki, İslamın 5 vacib şərtindən biri də namaz qılmaqdır: "Ancaq dövlət müəssisələrində və ali təhsil ocaqlarında dini ayin icra etmək olmaz. Çünki qanunvericiliyə görə, dini ayinlərin icrası yalnız dini məbədlərdə həyata keçirilməlidir. Yəni yəhudilər sinaqoqda, xristianlar pravoslav və katolik kilsələrində, müsəlmanlar isə məscidlərdə dini ayinləri icra etməlidirlər. Bu gün yalnız Bakı şəhərində 132 məscid var. Ona görə də istənilən şəxs məscidə gedib namazını qıla bilər. Dinimiz hər bir insana imkan yaradır. Əgər tədris vaxtı zöhr namazını icra etməyə problem yaranırsa, onda bunu qəzaya saxlamaq olar. Bununla da kimsə günah qazanmır. Təbii ki, namazı hansısa məkanda qılmağı qadağan etmirik. Lakin iş yerləri və ya təhsil ocaqları namaz qılmaq yeri deyil. Qanunvericiliyə görə də ali təhsil müəssisələrində dini ayinlərin icrasına zor tətbiq etmək, yaxud da məscidə gedib kiminsə qolundan zorla tutub bayıra çıxarmaq da qadağandır. Bu kimi çağırışlar edən varsa, məsələyə son qoymaq lazımdır". (“Report”)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti