Co Bayden 2020-ci ildə prezidentliyə namizədliyini irəli sürəcək

6-12-2016, 15:25
Oxunub: 458
Jurnalistlər onun zarafat edib-etmədiyinin yoxlamaq üçün sualı təkrar veriblər


ABŞ-ın vitse-prezidenti Co Bayden 2020-ci ildə keçiriləcək prezident seçkisində namizədliyini irəli sürəcək.

“İnterfax” xəbər verir ki, bunu C.Bayden Kapitoliyada jurnalistlərin gələcək siyasi fəaliyyəti ilə bağlı sualını cavablandırarkən bildirib.

Jurnalistlər onun zarafat edib-etmədiyinin yoxlamaq üçün sualı təkrar veriblər. C.Bayden isə fikirlərini davam etdirərək deyib, taleyin ən gözlənilməz şəkildə planlara müdaxilə edə bimək adəti var.

Məlumata görə, əgər C.Bayden yenidən prezidentliyə namizədliyini irəli sürsə bu, onun ABŞ rəhbəri olmaq uğrunda üçüncü cəhdi olacaq. Əgər həmin siyasi kampaniyada qalib gəlsə, o zaman C.Bayden ABŞ tarixində seçkidə iştirak edən ən yaşlı prezidentliyə namizəd sayılacaq. 2020-ci ildə C.Baydenin 78 yaşı olacaq. Bu ilki prezodent seçikisində o, oğlu öldüyü üçün iştirak edə bilməyib.

Qeyd edək ki, hazırkı vitse-prezidentin oğlu beyin xərçəngindən vəfat edib.

Xatırladaq ki, ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp 70 yaşındadır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti