Ordumuzda əsgəri döyüb bıçaqladılar - YENİLƏNİB

28-03-2013, 17:01
Oxunub: 1268


Dövlət Sərhəd Xidmətinin (DSX) Cəlilabad rayon Göytəpə qəsəbəsində yerləşən "N” saylı hərbi hissəsində əsgərlər arasında baş verən insident nəticəsində hərbiçilərdən biri döyülərək bıçaqlanıb.

Qaynar.info-ya daxil olan məlumata görə, hələlik adı və soyadı məlum olmayan əsgər bir neçə saat əvvəl ağır vəziyyətdə Cəlilabad Müalicə və Diaqnostika Mərkəzinə çatdırılaraq əməliyyat olunub. Hazırda əsgər əməliyyatdadır.

Onun durumu barədə məlumat verilmir.

Olayla bağlı DSX-nin mətbuat xidməti ilə əlaqə saxlasaq da, məlumatı nə təsdiq, nə də təkzib etdilər.

***

Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayon Göytəpə qəsəbəsində yerləşən "N” saylı hərbi hissədəki əsgər bıçaqlanmasının yeni təfərrüatları məlum olub.
Adı hələlik məlum olmayan  əsgər xidməti  borcunu yerinə yetirərkən qanunsuz yolla sərhədi keçmək istəyən narkotik daşıyıcısı və ya daşıyıcıları ilə əlbəyaxa olub. Əsgərin məhz  sərhəd pozucusu tərəfindən  bıçaqlandığı bildirilir.

Şərhlər : 1 Şərh yaz
episentr 28 mart 2013 17:52  
xalqa oz taleyi ile barismaq qalir onda??! etirazlarnan olum hallari duz mutenasiblik teskil edir.etiraz artdiqca olum hallarida artiq.hara baxir selahiyetli wexsler?!
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti