Şah İsmayıl haqqında rep yazıldı - Video

2-12-2016, 15:49
Oxunub: 2795
"Düzülün cərgələrə bizə azadlıq yaraşır"


Səfəvilər dövlətinin qurucusu, Şah İsmayıl Xətai və Qızılbaşlıq haqqında rep yazılıb.

Etatist.com xəbər verir ki, müəllif Elçibəy haqqında yazdığı "Getməsəydin" repindən sonra bir müddət susqunluğunu qoruyan "Kabus"dur. "Qızılbaş" adlanan rep "Kabus"un "Xaç" albomundan yeddinci sinqldır.

O, saytımıza açıqlamasında bildirib ki, repində Şah İsmayıl və Qızılbaşlıq haqqında yayılan iddialara cavab verib:

"Son vaxtlar Şah İsmayıl və Qızılbaşlıqla bağlı çox axmaq fikirlər səslənir. Heç bir fakta dayanmayan, reallıqla əlaqəsi olmayan bu iddialara cavab vermək lazım idi. Qızılbaşlıq dini fanatizm və ya şəriyət köləliyi deyil, özündən imtina edib yol gedənlərin seçimidir. Bunu anlatmaq lazım idi".

Qeyd edək ki, "Kabus" eyni zamanda bir çox qalmaqallı repin müəllifidir.

Sözügedən repi təqdim edirik:
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti