Azərbaycan Avropa Hərəkatından Avropa Parlamentinə təklif

1-12-2016, 16:36
Oxunub: 940
Azərbaycan Avropa Hərəkatının rəhbərliyi Avropa Parlamentində üç təkliflə çıxış edib


25 noyabrda Belçikanın paytaxtı Brüssel şəhərində Beynəlxalq Avropa Hərəkatının Milli Şurasının toplantısı keçrilib.

Etatist.com-a daxil olan məlumata görə, 42 ölkənin nümayəndələrinin iştrakı ilə hər il keçrilən və yerli nümayəndəliklər arasında əməkdaşlığı gücləndirmək, Avropanın inkışafı siyasətinə təkliflər hazırlamaq məqsədi daşıyan toplantıya Azərbaycan nümayəndə heyəti də qatılıb.

Azərbaycan Avropa Hərəkatını müzakirələrdə hərəkatın prezidenti Ramin Hacılı, Baş katib Şəfəq Əsgərli, İctimai Əlaqlər üzrə katib Fidan Qurbanzadə, Təşkilati Məsələlər üzrə katib Elnur Rəşidov, Siyasi Məsələlər üzrə katib Aqilə Bayramova təmsil edib.

Avropada demokratiyanın drumu, Avropanın dünyadakı gücü, Avropada yeni peşələr mövzularında keçrilən müzakirələrdə Azərbaycan tərəfinin hazırladığı üç təklif də daxil olmaqla ümumilikdə 14 layihə hazırlanaraq Avropa İttifaqı rəhbərliynə göndərilməsi üçün hərəkatın katibliyinə təqdim edilib.

Azərbaycan Avropa Hərəkatından Avropa Parlamentinə təklif

Azərbaycan Avropa Hərəkatından Avropa Parlamentinə təklif

Azərbaycan Avropa Hərəkatından Avropa Parlamentinə təklif

Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti