Etatist olmaq nə deməkdir - Şəhriyar Məcidzadə danışır (Video)

30-11-2016, 12:05
Oxunub: 987
"Dövlət hüquqsuz mövcud olmayacağı kimi, hüquq da dövlətsiz ola bilməz"


Noyabrın 27-si Milli Fikir Mərkəzinin ofisində MFM sədri Şəhriyar Məcidzadənin məruzəçiliyi ilə "Etatist olmaq nə deməkdir" mövzusunda tədbir keçirilib.

Etatist.com xəbər verir ki, tədbirdə çıxış edən Ş.Məcidzadə bildirib ki, dövlət hüquqi bir sistemdir.

O, çıxışında davam edib:

"Dövlət hüquqsuz mövcud olmayacağı kimi, hüquq da dövlətsiz ola bilməz. Biz dövlət anlayışına fəlsəfə ilə baxırıq. Məsələn, Platondan sitat gətiririk. Deyirik ki, dövləti fikir adamları idarə etməlidir. Hegelə istinad veririk. Deyirik ki, dövlət mütləq olmalıdır.

Mən istəyirəm ki, Azərbaycan vətəndaşının hər şeyə öz baxışı olsun. Buna görə də etatistəm. Mən istəyirəm ki, Azərbaycan vətəndaşı "yetimçilik" psixologiyasından azad olsun. Böyük qardaş, kiçik qardaş - dövlətlərin qardaşı olmur. Nə beynəlxalq münasibətlərdə, nə başqa yerdə belə bir anlayış yoxdur. Dövlət ya güclü olur, ya da zəif. Nitsşe deyirdi ki, "səni nə güclü edirsə, ona hə de".

Ardı videoda:
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti