"Fitch": Neft qiymətləri 60 dollara 2019-cu ildə çatacaq

29-11-2016, 18:08
Oxunub: 573
"Fitch" 2017-ci ildə neftin orta qiymətinin 45 dollar, 2018-ci ildə 55 dollar olacağını proqnozlaşdırır"


"Fitch" beynəlxalq reytinq agentliyi neft qiymətlərinin 2019-cu ilə qədər 60 dollar/barelə kimi artacağını ehtimal edir.

"Report"un "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bununla yanaşı Agentlik 2017-ci ildə neftin ucuzlaşmasının davam edəcəyini istisna etmir.

Agentliyin hesabatında həmçinin bildirilir ki, neft qiymətlərinin 65 dollar/barelə yüksəlməsi üçün isə uzun müddət tələb olunacaq. "Fitch" 2017-ci ildə neftin orta qiymətinin 45 dollar, 2018-ci ildə 55 dollar olacağını proqnozlaşdırır. 

Hesabatda 2017-ci ilin ilk yarısında neft bazarında tələblə təklifin tarazlanacağı qeyd olunub. Bununla yanaşı bildirilir ki, ABŞ-da şist neft hasilatının artması və neft ehtiyatlarının artan həcmi gələn il qiymətlərin aşağı düşməsinə səbəb ola bilər və yalnız bundan sonra qiymətlər arta bilər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti