Gürcüstanda 20 məscid müsəlman icmasının ixtiyarına verilib

29-11-2016, 15:29
Oxunub: 75
Sözügedən məscidlərin əksəriyyəti ölkənin qərb hissəsində yerləşir


Gürcüstanda 20 məscid müsəlman icmasının ixtiyarına verilib.

Müvafiq qərar Din məsələləri üzrə Dövlət Agentliyinin dini icmaların əmlak və maliyyə məsələlərini araşdıran komissiyasının iclasında qəbul olunub.

Sözügedən məscidlərin əksəriyyəti ölkənin qərb hissəsində yerləşir.

Toplantıda müsəlman icmasının qaldırdığı 24 məsələnin hamısı təmin olunub.

Qeyd olunub ki, hazırda Gürcüstanda 250-dən çox məscid fəaliyyət göstərir. Artıq 150 məscid müsəlman icmasının ixtiyarına verilib. Yerdə qalan məscidlərin müsəlmanların ixtiyarına verilməsi istiqamətində işlər davam etdirilir.(virtualaz.org)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti