Türkiyədə fövqəladə vəziyyət rejimi nə vaxt ləğv ediləcək?

28-11-2016, 12:23
Oxunub: 576
"Kiminsə "Fövqəladə vəziyyət rejimi altında referendum keçirildi" deməsinə şərait yaratmayacağıq"


Türkiyədə elan olunan fövqəladə vəziyyət rejiminin ləğv ediləcəyi ilkin tarix məlum olub.

Trend-in "Haber 7" qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyənin Baş naziri Binəli Yıldırım Konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək referendumdan öncə fövqəladə vəziyyət rejiminin aradan qaldırılacağını bildirib.

Baş nazir qeyd edib: "15 iyul dövlət çevrilişinə cəhddən sonra 21 iyulda elan olunan, 19 noyabrda isə 90 gün müddətinə uzadılan fövqəladə vəziyyət rejimi referendumdan əvvəl aradan qaldırılacaq. Kiminsə "Fövqəladə vəziyyət rejimi altında referendum keçirildi" deməsinə şərait yaratmayacağıq. Bu səbəbdən də fövqəladə vəziyyət rejiminin referendum öncəsi ləğv ediləcəyini düşünürəm".
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti