Tramp prezident seçkilərindəki qanun pozuntularından danışdı

28-11-2016, 11:22
Oxunub: 597
"Vircinia, Nyu Hempşir və Kaliforniya ştatlarında ciddi seçki saxtakarlığı olub"


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp seçkilərdə əsas rəqibi olan Hillari Klintonun qalib gəldiyi üç ştatda ciddi qanun pozuntuları olduğunu bildirib.

D.Tramp bu barədə Twitter səhifəsində yazıb.

"Vircinia, Nyu Hempşir və Kaliforniya ştatlarında ciddi seçki saxtakarlığı olub. Nəyə görə KİV bu barədə məlumat vermir? Ciddi qərəz böyük problemdir" - D.Tramp yazıb.

Xatırladaq ki, D.Tramp dünən də milyonlarla səsin H.Klintonun lehinə qanunsuz şəkildə verildiyini qeyd edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti