Şəhriyar Məcidzadənin məruzəçiliyi ilə tədbir keçiriləcək

26-11-2016, 14:40
Oxunub: 282
"200 il müstəmləkə zehniyyətində yaşamış bir topluma yeni bir ideologiya, yeni fikir və birlik lazımdır"


Noyabrın 27-də saat 14.30-da Milli Fikir Mərkəzinin ofisində "Etatist olmaq nə deməkdir..." mövzusunda tədbir keçiriləcək.

Etatist.com xəbər verir ki, tədbirin məruzəçisi Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadə olacaq. O, saytımıza açıqlamasında deyib:

"Bu tədbirdə gənclərə etatizm ideologiyası haqqında daha geniş məlumat veriləcək və etatist olmağın nə demək olduğu izah olunacaq. 200 il müstəmləkə zehniyyətində yaşamış bir topluma yeni bir ideologiya, yeni fikir və birlik lazımdır.

Tədbirdə həmçinin gəncləri maraqlandıran suallara da cavab verməyə çalışacam".

Qeyd edək ki, tədbirdə hər kəs iştirak edə və suallarını ünvanlaya bilər.

Ünvan: Əlövsət Quliyev 79/8. Əlaqə: 070 537 21 84

Etatist.com

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti