Bu ilin 10 ayında gecikdirilmiş 787 min manata qədər sosial ödənişlər işçilərə verilib

25-11-2016, 16:00
Oxunub: 430
Həmin məbləğin 94,6%-i gecikdirilmiş əmək haqlarından ibarət olub


Dövlət Əmək Müfəttişliyi Xidməti 787,3 min manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaş müraciətlərinin obyektiv şəkildə araşdırılması və nəticələrinə əsasən qanunauyğun tədbirlər görülməsi istiqamətində işlər davam etdirilir.

Nazirlikdən Etatist.com-a verilən məlumata görə, müraciətlərə əsasən cari ilin yanvar-oktyabr aylarında görülən tədbirlər nəticəsində Dövlət Əmək Müfəttişliyi Xidməti 787,3 min manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib. Həmin məbləğin 94,6%-i gecikdirilmiş əmək haqlarından, 3,2%-i işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalardan, qalan hissəsi isə zərərə görə ödənclərdən ibarət olub.

Məlumata görə, yanvar-oktyabr aylarında qanunvericiliyin tələbləri pozulmaqla işdən azad edilmiş 20 nəfər vətəndaşın xidmət tərəfindən yenidən öz əvvəlki işlərinə bərpa olunması təmin edilib.

Xidmətin əməkdaşları vətəndaşların əmək hüquqularının təmin olunması, o cümlədən sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi, əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları ilə bağlı aidiyyəti işəgötürənlərə hüquqi izahatlar veriblər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti