Azərbaycanın xarici dövlət borcu açıqlanıb

25-11-2016, 15:55
Oxunub: 298
Azərbaycan Respublikasının xarici dövlət borcu 7 mlrd. 650,7 mln. ABŞ dolları təşkil edib


Maliyyə Nazirliyi 01 oktyabr 2016-cı il tarixinə xarici dövlət borcu barədə məlumatı açıqlayıb.

Nazirlikdən Etatist.com-a verilən məlumata görə, 01 oktyabr 2016-cı il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 7 mlrd. 650,7 mln. ABŞ dolları (12 mlrd. 402,6 mln. manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 20,1% təşkil edib.

Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcu əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından ölkədə müxtəlif layihələrin maliyyələşməsinə, qalan hissəsi isə beynəlxalq maliyyə bazarlarından yerləşdirilmiş qiymətli kağızlar vasitəsilə cəlb edilib. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti