Türkiyə parlamenti qalmaqallı qanun layihəsini müzakirə etməyəcək

22-11-2016, 15:41
Oxunub: 327
Türkiyənin baş naziri Binəli Yıldırım hakim Ədalət və İnkişaf Partiyasının belə bir qərara gəldiyini bildirib


Türkiyədə bəzi hallarda yetkinlik yaşına çatmayanlarla cinsi əlaqəyə görə cinayət məsuliyyətinə cəlb edilməməklə bağlı qanun layihəsi ölkə parlamentinin gündəliyindən çıxarılıb.

Euronews xəbər verir ki, Türkiyənin baş naziri Binəli Yıldırım hakim Ədalət və İnkişaf Partiyasının belə bir qərara gəldiyini bildirib.

Qeyd edək ki, qanun layihəsi bütün Türkiyə ərazisində hüquq müdafiəçilərinin etirazına səbəb olub.

Xatırladaq ki, sənəddə zor tətbiq etmədən yetkinlik yaşına çatmayanlarla cinsi əlaqədə olan, ardından nikaha girən insanları cəzalandırmamaq təklif edilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti