NATO baş katibi noyabrın 20-də İstanbula gedəcək

18-11-2016, 17:39
Oxunub: 1171
Səfərin səbəbi NATO-nun Parlamentlərarası Assambleyasında iştirak etməkdir


NATO-nun Baş katibi Yens Stoltenberq noyabrın 20-də İstanbula gedəcəyini bildirib.

Report RİA "Novosti"yə istinadən xəbər verir ki, o, bu barədə Brüsseldə Almaniyanın Marşall Fondunun nümayəndəliyində çıxışı zamanı deyib.

Y.Stoltenberqin sözlərinə görə, Türkiyəyə NATO-nun Parlamentlərarası Assambleyasında iştirak etmək üçün səfər edəcək.

Baş katib "Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında ünsiyyətə necə baxırsınız" sualını cavablandırarkən, burada qeyri-adi heç nəyin olmadığını, bunun beynəlxalq dövlətlərarası münasibətlər təcrübədəsində adi hal olduğunu vurğulayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti