“Petkim”də yeni baş direktor müavini vəzifəsi yaradılıb

10-11-2016, 16:58
Oxunub: 692
Bu vəzifəyə Xalıq Mustafayev təyin edilib


Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Petrokimya Holding A.Ş”də biznes dəstəyi üzrə baş direktor müavini vəzifəsi yaradılıb.

Report xəbər verir ki, bu barədə holdinqin Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasındakı (Kamuyu Aydınlatma Platformu-KAP) məlumatında bildirilir. 

Məlumata görə, bu vəzifəyə Xalıq Mustafayev təyin edilib. 

Qeyd edək ki, bu vəzifəyə təyin olunmazdan əvvəl X.Mustafayev “Azərikimya” İB-nin icraçı direktorunun kadr, rejim və İT üzrə müavini vəzifəsində çalışıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti