Hillari Klinton prezident seçkilərində məğlubiyyətini rəsmən etiraf edib
9-11-2016, 22:11
Oxunub: 501
"Qalib gələ bilmədiyimizdən çox təəssüflənirəm"
ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton prezident seçkilərində məğlubiyyətini rəsmən etiraf edib.APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə, bu barədə H.Klinton Nyu-Yorkda jurnalistlərə açıqlamasında bildirib.
“Ötən gecə mən Donald Trampı təbrik etdim və ölkəmizin maraqları uğrunda əməkdaşlıq etməyə hazır olduğumu bildirdim. Qalib gələ bilmədiyimizdən çox təəssüflənirəm”, deyə H.Klinton qeyd edib.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.