Rəcəb Tayyib Ərdoğan: "ABŞ-da yeni dövr başlayır"

9-11-2016, 17:17
Oxunub: 418
"ABŞ xalqının seçiminin regiondakı proseslərdə xeyirli addımların atılmasına səbəb olmasını arzulayıram"


"ABŞ-da yeni dövr başlayır. ABŞ xalqının bu seçiminin xeyirli olmasını diləyirəm". 

Report-un NTV-yə istinadən verdiyi məlumatına görə, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Donald Trampın ABŞ-ın yeni prezident seçilməsinə münasibət bildirərkən deyib. 

"ABŞ-da prezident seçkisi keçirildi və nəticədə demokratlar iki prezidentlik dövründən sonra iqtidarı təkrar respublikaçılara təhvil verdi. Bu, ABŞ xalqının seçimidir və bunun dünyada istər hüquq və azadlıq, istər demokratiya, istərsə də regiondakı proseslərdə xeyirli addımların atılmasına səbəb olmasını arzulayıram", - deyə o qeyd edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti